ABŞ-ın Koliforniya ştatında 31 dekabr axşamı dünyaya övlad gətirən ananın əkizlərindən biri 2021-ci ildə, digər körpəsi isə 15 dəqiqə gecikməklə 2022-ci ilin ilk dəqiqələrində doğulub.
Qaziler.az bildirir ki, ştatın Monterey şəhərində maraqlı hadisə olub.
Belə ki, Fatimə Madriqal və Robert Trujillo cütlüyü əkiz körpələrinə qovuşmaq üçün Yeni il gecəsi Montereydəki Natividad Sağlamlıq Mərkəzinə gediblər.
Ana Madriqalın əkizlərindən biri Alfredo Antonio Trujillo dekabrın 31-də saat 23:45-də dünyaya gəlib. Amma Alfredonun əkiz bacısı Aylin Yolanda Trujillo saat 00:00-dan sonra dünyaya gələrək ailəsini və qardaşını "təəccübləndirib".
Fatimə Madriqal körpələri haqqında verdiyi açıqlamada: “Bu mənim üçün "dəlilikdir". Onlar əkizdir və ad günləri fərqlidir. Qızımın gecə yarısı dünyaya gəlməsi məni çox təəccübləndirdi və çox sevindirdi”. O, açıqlamalarını verərkən əkiz körpələrini digər 3 övladı ilə tanış etmək üçün tələsdiyini və həyəcan keçirdiyini də bildirib.
Aylinin 2 kiloqram 14 qram, əkiz qardaşı Alfredonun isə 2 kiloqram 700 qram doğulduğu bildirilib. Körpə Aylin Yeni ildə mərkəzdə doğulan ilk uşaq olub. Çoxları belə doğumun 2 milyonda bir adamda baş verə biləcəyini söyləyir.