Vanqanın 2022-ci il üçün proqnozları açıqlandı

Vanqanın 2022-ci il üçün proqnozları açıqlandı backend

Görücü Vanqa 2022-ci ildə baş verəcək bir sıra hadisələri proqnozlaşdırıb.

 

Məlumata görə, Vanqa uzun müddətdir əbədi buzlaqlarda gizlənən bir xəstəliyin oyanacağını, iqlim dəyişikliyinə görə əriyən buzun altından çıxaraq dünyanı bürüyəcəyini bildirib.

 

Həmçinin o proqnozlaşdırıb ki, gələn il planetin bir çox sakinləri içməli su çatışmazlığından əziyyət çəkəcək, hindular isə anomal istilər səbəbindən aclıqla üzləşəcəklər.

 

Eyni zamanda, Vanqanın proqnozlarına görə, 2022-ci ildə dünya müharibəsi olmayacaq.(oxu.az)

loading...
Diaspora