“WhatsApp”da məxfilik və səsli mesajlarla bağlı yeni funksiyalar - VİDEO

“WhatsApp”da məxfilik və səsli mesajlarla bağlı yeni funksiyalar -  VİDEO backend

“WhatsApp” yeni təhlükəsizlik funksiyasını təqdim edib.

Bundan sonra messencerdən son istifadə tarixi heç vaxt danışmadığınız yad şəxslərdən gizlədiləcək.

Başqa sözlə, kənar şəxslər messencerə sonuncu dəfə nə vaxt daxil olduğunuzu öyrənə bilməyəcəklər.

Lakin bu həm də o deməkdir ki, siz özünüz də həmin şəxslər barədə analoji məlumatı görə bilməyəcəksiniz.

Həmçinin, messencerin “Twitter” hesabından yayılan məlumata görə, bundan sonra “WhatsApp” istifadəçiləri səsli mesajlarını göndərməzdən əvvəl dinləyə biləcəklər. Belə ki, səsli mesajların ilkin dinlənilməsi funksiyası artıq istifadəyə verilib.

Hər iki funksiyanın tətbiqin yenilənməsi zamanı əlçatan olacağı bildirilib

Diaspora