“Google” yeni şirkət yaratdı

“Google” yeni şirkət yaratdı backend

“Google” korporasiyası yeni “Alphabet” şirkətini yaradıb. İKT.lent.az-ın "ICTnews"a istinadən verdiyi məlumata görə, ABŞ-ın multimedia nəhənginin qurucusu Larri Peyc iddia edir ki, korporasiyanın yeni strukturu brendləri idarəetmə üzrə mövcud sxemi sadələşdirəcək.

“YouTube” və “Android” kimi tanınmış brendlər, həmçinin internetdə axtarış “Google” brendi altında fəaliyyət göstərəcək.

İnvestisiya və tədqiqat bölməsi “Alphabet” şirkətinin idarəçiliyi altına keçəcək.
Yeni plana əsasən, Larri Peyc “Alphabet” şirkətinin icraçı direktoru olacaq, Sandar Piçay isə “Google”un idarə sədri vəzifəsinə keçəcək.

“Google”un həmtəsisçisi Serqey Brin “Alphabet” şirkətinin prezidenti vəzifəsini icra edəcək.
Diaspora