Çin hava şəraitinə müdaxilə edib

Çin hava şəraitinə müdaxilə edib backend

Çin 2020-ci ilin iyulunda Kommunist Partiyasının 100 illiyini qeyd etmək üçün hava şəraitini süni şəkildə dəyişib.

Qaziler.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Tsinxua Universitetinin araşdırmasında deyilir.

Çin hökuməti buludlara xüsusi reagentlərin yeridilməsi texnologiyasından istifadə edib. Bu üsul yağıntının miqdarına nəzarət etməyə, həmçinin dolu və ya dumanın qarşısını almağa imkan verir. Bu metoddan istifadə edərək, Çin Tiananmen meydanında keçirilən mərasim zamanı aydın hava şəraitinə nail olublar.

Bu, Çində səmanı təmizləmək üçün adi prosedurdur və 2008-ci il Olimpiadasından sonra son 13 il ərzində hökumət tərəfindən buna milyardlarla avro xərclənib.

loading...
Diaspora