Fevralın 12-də Tokio yaxınlığında yerləşən Yokohama şəhərində Asiyada ən böyük fotoaparatlar sərgisi açılıb.
QAZİLƏR saytının AzərTAc-a istinadən verdiyi xəbərə görə, Fototexnika İstehsalçıları Assosiasiyası (CİPA) tərəfindən təşkil olunan sərgidə bu il 131 şirkət və qrup iştirak edir ki, bu da rekord göstərici hesab olunur.Sərgidə ziyarətçilərə fotoaparatların ən son modelləri, o cümlədən yüksək həllə malik rəqəmsal aparatları üstələyən 4K modeli təqdim edilir.
Son vaxtlar kameralarla təchiz edilmiş smartfonların sürətlə yayılması fotoaparatlar bazarına ciddi təsir göstərib. Buna baxmayaraq, istehsalçı şirkətlər məhsulların keyfiyyətini yüksəltməklə alıcı marağını artırmağa çalışırlar. Məsələn, “Casio” şirkətinin buraxdığı selfi üçün son model rəqəmsal fotokamera ziyarətçilər tərəfindən böyük marağa səbəb olub. Belə ki, həmin model öz fotosunu çəkmək istəyən şəxsə onu smartfonun ekranında izləmək imkanı yaradır. Eyni zamanda, çəkilmiş şəkil həmin an smartfona göndərilir.