Dünyanın ən yaşlı sakini vəfat etdi

Dünyanın ən yaşlı sakini vəfat etdi backend

Filippində dünyanın ən yaşlı sakini sayılan Fransiska Susano ömrünün 124 yaşında vəfat edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Kabankalan şəhər başçısı özünün feysbuk səhifəsində məlumat verib.

Uzunömürlü qadın bazar ertəsi, noyabrın 22-də axşam vəfat edib. 

Onun ölüm səbəbi açıqlanmayıb. Yerli səhiyyə idarəsindən verilən məlumata görə, yaşlı qadında virus xəstəliyinin heç bir əlamətinin olmayıb.

Onun dünyanın ən yaşlı sakini statusu “Ginnesin Rekordlar Kitabı”nda rəsmən təsdiq olunub.

Qeyd edilib ki, Fransiska Susano 1897-ci il sentyabrın 11-də anadan olub.

Diaspora