Türkiyənin Trabzon şəhərinin Araklı rayonunda 6 gün öncə vəfat edən Ömər Güvənin "Fero" ləqəbli iti sahibinin məzarı başından ayrılmır.
Qaziler.az bildirir ki, 92 yaşında vəfat edən Güvənin 11 əvvəl sahibləndiyi alman çoban iti "Fero" hər gün onun məzara başında gözləyir.
Məzarın üzərində yatan sədaqətli it görənləri duyğulandırır.
Güvənin yaxınları sevimli heyvanın bir an olsun məzarı başından ayrılmadığını bildirir.
"Fero"nun sosial şəbəkələrdə paylaşılan fotoları maraqla qarşılanır.
Qaziler.az Türkiyə mətbuatına istinadən görüntüləri təqdim edir: