Ən güclü “Android” smartfonları açıqlanıb

Ən güclü “Android” smartfonları açıqlanıb backend

“Xiaomi Black Shark 4S Pro” oktyabr ayının ən güclü smartfonu elan edilib.

“Report” xəbər verir ki, “Android” əməliyyat sisteminə əsaslanan smartfonların sınaqlarının nəticələrinə görə, yeni cihaz bazardakı ən güclü smartfon olaraq müəyyənləşdirilib. Belə ki, “Snapdragon 888+” prosessoru ilə təchiz olunmuş “Xiaomi Black Shark 4S Pro” 16 GB-lik RAM və 512 GB-lik ROM-a malikdir.

Reytinqin üst pillələrində ardıcıl olaraq “Nubia Red Magic 6S Pro” və “Vivo iQOO 8 Pro” cihazları qərarlaşıb. Əvvəlki lider “Xiaomi Black Shark 4 Pro” 4-cü yerə enib. Sonrakı iki yeri “Vivo X70 pro+” və “Asus ROG Phone 5s” tutur.

Xatırladaq ki, “Xiaomi Black Shark 4S Pro” ötən ayın ortalarında təqdim edilib.

loading...
Diaspora