ABŞ-da ispan müstəmləkəçiliyinə məxsus xəzinə 2 milyon dollara satılıb

ABŞ-da ispan müstəmləkəçiliyinə məxsus xəzinə 2 milyon dollara satılıb backend

XVII-XVIII əsrlərdə Florida sahillərində baş verən gəmi qəzalarında itmiş ispan xəzinəsinə məxsus qiymətli kolleksiya hərracda 2 milyon dollara satılıb.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xəzinəni tapan Mel Fişer 1985-ci ildə Nuestra Senora de Atocha adlı ispan gəmisinin qalıqlarını aşkar edib. Gəminin qalıqlarının tapılmasının 30 illiyi münasibətilə “Guernsey`s” hərrac evi kolleksiyadan 40-a yaxın əşyanı hərraca çıxarıb.

Satılan əşyalar arasında ən qiymətlisi Santa Marqarita gəmisindən tapılan qızıl qədəh olub. O 413 min ABŞ dollarına satılıb. Zümrüd daşlarla bəzədilmiş çarmıxın qiyməti isə 119 min dollar olub.

Qeyd edək ki, 15 ilə yaxın sürən axtarışlar nəticəsində Mel Fişer 1985 il iyulun 20-də dəyəri təxminən 450 milyon olan xəzinə aşkar edib.

Nuestra Senora de Atocha gəmisi 1622-ci ildə İspaniyaya qayıdarkən güclü qasırğa nəticəsində qəzaya uğramışdı.
Diaspora