ABŞ-ın həftəlik “Time” jurnalı zəngin və nüfuzlu insanların siyahısını tərtib edib. QAZİLER.AZ saytı ANS PRESS-ə istinadən həmin şəxslərin siyahısını təqdim edir:
1. Orta əsrlərdə Mali dövlətinin başçısı Mansa Musa. Amerika kolleclərinin birində çalışan tarix üzrə professor Ferrum Riçard Smit hesab edir ki, Musanın hakimiyyəti dövründə dövlət qızılın ən böyük istehsalçısı idi. Elə buna görə də, Musanın sərvətini dəqiq hesablamaq mümkün olmayıb.2. Roma İmperiyasının qurucusu Oktavian-Avqust. İqtisadçıların hesablamalarından məlum olur ki, hökmdarın sərvəti 4,6 trillion ABŞ dollarına bərabər olub.
3. Çin imperatoru Şen Tszun. Onun hələ 11-ci əsrdə iqtisadi cəhətdən güclü olan dövləti dünya Ümumi Daxili Məhsulun 30%-ni istehsal edib.
4. Böyük Moğol imperiyasının padşahı, birinci Əkbər tutur. Onun hakimiyyəti dövründə, ölkəsinin ÜDM-nin göstəriciləri İngiltərə kraliçası birinci Yelizavetanın hakimiyyətdə olduğu dövrlə müqayisə etmək olar. Bundan əlavə, o, həmin dövrün yerli kübar cəmiyyəti avropalı aristokratlardan daha zəngin olub.
5. Dünyanın ən iri iqtisadiyyatını idarə edən İosif Stalin. SSRİ-nin sərvəti şəxsən Stalinə məxsus olmasa belə, o sovet iqtisadiyyatını tamamilə idarə etmək iqtidarında olub.
6. Bütün dövrlərin ən zəngin amerikalısı, "US Steel" şirkətinin sahibi Endru Karnegi. Onun sərvəti bugünkü amerika valyutası ilə 372 milyard dollar təşkil edir.
7. "Standard Oil" şirkətinin təsisçisi Con Rokfeller. Onun sərvəti 341 milyard dollar təşkil edir.
8. Britaniyalı cəngavər Alen Rıjıy qərarlaşıb. Onun var dövləti 194 milyard dollar olub. Bu rəqəm o vaxtlar İngiltərəni ÜDM-nin 7%-ni təşkil edib.
9. Hazırda həyatda olanlardan ən varlı insanı kimi tanınan Bil Geyts. O, eyni zamanda Mikrosoft şirkətinin təsisçisidir. Onun sərvəti 78,9 milyon dollar təşkil edir.
10. Bütün zamanların ən uğurlu hərbi liderlərindən biri, Monqol imperiyasının banisi Çingizxan.