Nigar adlı azərbaycanlı qız Azərbaycan millisinin kubalı boksçusu Alfonso Dominqesə ərə gedib.
Axşam.az xəbər verir ki, cütlüyün toyu şəhər restoranlarından birində baş tutub.
Alfonso və Nigarın toyundan görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycana bürünc medal qazandırmışdı.