Görmə qüsurlu insanlar üçün ilk ağıllı saat istifadəyə veriləcək

Görmə qüsurlu insanlar üçün ilk ağıllı saat istifadəyə veriləcək backend

Dünyada 285 milyondan çox görmə qüsurlu insan yaşayır. Onların 95 faizi kitab oxuya bilmir. Lakin ənənəvi kitabların yalnız bir faizi Brayl şrifti ilə olan versiyalarda dərc edilib.



AZƏRTAC 3dnews.ru saytına istinadla xəbər verir ki, “Dot” şirkəti görmə qabiliyyəti məhdud insanlara kömək etmək məqsədilə eyniadlı ağıllı saat hazırlayıb. Elektron kitab oxumağa imkan verən qurğunun qiyməti 300 ABŞ dollarından aşağı olacaq ki, bu da onu çoxları üçün əlyetərli edir.

Qurğunun potensial müştərilərinin çox olmasına baxmayaraq, görmə qüsurlu insanların yalnız bəziləri Brayl şriftini öyrənirlər. Böyük Britaniyanın Milli Kral İnstitutunun məlumatına görə, Brayl şrifti ilə pasiyentlərin yalnız bir faizi tanışdır. “Dot” saatının istehsalçıları bu nüansı nəzərə alaraq qurğuya Brayl şriftinin öyrədilməsi sistemini əlavə ediblər.

Bundan başqa, “Dot” ağıllı saatı ismarıc və naviqasiya imkanları, Bluetooth 4.0, zəngli saat kimi bir çox digər standart funksiyaları da özündə cəmləşdirir. Yaxın vaxtlarda ağıllı saat üçün ilk sifarişlərin qəbuluna başlanılacaq.
Diaspora