Britaniyanın “Ofcom” telekommunikasiya tənzimləyici orqanının məlumatlarına əsasən, ölkədə internetdə işləmək üçün ən rahat qurğular qismində smartfonlar daha populyardır.
2014-cü ildə britaniyalıların 33 faizi internetə çıxış üçün əsas qurğu kimi smartfona, 30 faiz isə noutbuka üstünlük verib.Bundan başqa, tənzimləyici orqanın məlumatına görə, ötən il britaniyalılar 1,2 milyard selfi çəkiblər ki, bu da həmçinin mobil qurğuların populyarlığının artmasını göstərir, - “BBC” yazır.