Yayımladığı sənədli filmdə casusluq fəaliyyətini izah edən, PKK -nı açıq şəkildə dəstəkləyən və bir filosofa görə olduqca zəngin olması ilə diqqət çəkən Bernard Henri Levi…
Musavat.com bu zəngin filosof haqqında maraqlı faktları təqdim edir.
1948 -ci ildə yəhudi bir ailədə dünyaya gələn Bernard 1971 -ci ildə fəlsəfə üzrə magistr dərəcəsini bitirdikdən sonra Banqladeşlə Pakistan arasındakı müharibəyə maraq göstərməyə başlayıb. Qəfil qərar verən Bernard müharibə müxbiri olaraq Banqladeşə gedib.
O vaxt ortaya atılan iddiaya görə, Levini Banqladeşə yönləndirən onun maraq dairəsi deyil, Fransız kəşfiyyatı olub.
Müharibədən və müstəqillikdən sonra Banqladeşdə qalmağa qərar verib. Bernard o dövrdə yeni qurulan “Banqladeş iqtisadiyyat və Planlaşdırma Nazirliyi”ndə məmur olaraq çalışıb və "Banqladeş, İnqilabda Milliyyətçilik" adlı ilk kitabını yazıb.
Bernard Levi Liviya işğalından əvvəl də İsrailin Baş naziri Benyamin Netnyahu ilə əlaqə quraraq dünya gündəminə düşüb.
Bernard daha sonra Liviya hökumətinin İsraili tanımağa hazır olduğu mesajını çatdıraraq, qurulacaq rejimin İsraillə yaxşı münasibətlər yaratmağa hazır olduğunu vurğulayıb.
O dönəmlərdə ərsəyə gələn (2008-ci il) Tobruk adlı filmdə Bernard Levinin casus olmasından da bəhs edilib.
Hətta Bernard Levi üzünə Azad Suriya Ordusu bayrağı bağlamış iki adamla filminin nümayişində belə iştirak edib.
Filmdə o, liviyalı müxaliflərlə münasibətlərini, Sarkzoyu Qaddafi əleyhinə üsyançıları dəstəkləməyə inandırma prosesini və Liviya hücumu zamanı etdiyi casusluq fəaliyyətini təsvir edib.
2011-ci ildə dostu, Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stros Kanın cinsi təcavüzdə günahladırlmasına qarşı çıxıb ona dəstək verməsi də cəmiyyət tərəfindən etirazla qarşılanıb.
Bernard Levi son 5-6 ildə yenidən Suriya və ətrafı ilə maraqlanmağa başlayıb. İraqda və PKK-da peşmərgəyə dəstəyini açıq şəkildə bəyan etməklə yanaşı, maraqlı açıqlamaları ilə də uzun müddət müzakirələrə səbəb olub.
“Yəhudilərin kürdləri dəstəkləmək üçün xüsusi bir öhdəliyi var. İllərdir ortaq sivilizasiyamızın dəyərlərini müdafiə edərək qanınızı tökdünüz. İndi azad və müstəqil yaşamaq haqqınızı müdafiə etmək növbəsi bizdədir”, – deyə açıqlama verərək dünyanın gündəmini qarışdırmışdı.
Təbii ki, o, Suriyadakı hadisələrdə rol almaqdan da yan keçməyib. İndi də növbə Əfqanıstandadır.
Bernard Levi Əfqanıstanda baş verən qarşıdurmaları və müharibəni alovlandıranlar arasında yer alıb.
O, “Taliban”ın Əfqanıstanda hökmranlığının artması ilə Pəncşir vadisində döyüşən və taliblərə təslim olmayan Əhməd Şah Məsudun oğluna dəstəyini elan edib. Bütün Qərb ictimai rəyinin onu dəstəkləməsi üçün açıq bir çağırış edib. Belə ki, onun müharibəni uzatmağa çalışdığı iddiaları da var.
Onun 150 milyon avro sərvəti var ki, bu da bir filosof üçün olduqca yüksək məbləğdir.
Təxminən 40 ildir ki, Yaxın Şərq və Şimali Afrikanın hər yerində baş qaldıran qiyamları və müharibələri nəzərə alaraq, mütəxəssislər onun "intellektual" kimliyi ilə bütün bu böhranların tərəfdarı olan Qərb ölkələrini təmsil etdiyini iddia edirlər. Nəşr etdiyi sənədli filmlərə və kitablara baxanda bunların sadəcə dedi-qodu olmadığı aydın görünür.