Yaponiyada 2020-ci ildə sürücüsüz taksilər istifadəyə veriləcək

Yaponiyada 2020-ci ildə  sürücüsüz taksilər istifadəyə veriləcək backend

Yaponiya mütəxəssisləri 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində sürücüsüz taksilər istifadəyə verməyi planlaşdırır.



Xidməti istifadəyə verəcək “DeNa” şirkətinin nümayəndələrinin sözlərinə görə, öz-özlüyündə unikal olan servis idmançılara və Tokio qonaqlarına göstərilən xidməti keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək.

Avtomobillərin avtomatik rejimdə hərəkətini nəzərdə tutan sınaqların keçirilməsi üçün şirkət əməkdaşları “Toyota” avtomobil istehsalçısı ilə imzalanan saziş əsasında əvvəlki nəsil "Prius” hibrid modellərini tətbiq edirlər.

“DeNA” şirkəti internet sənayesində ixtisaslaşıb. Şirkətin rəhbərliyi ilə bir neçə internet hərracı istifadəyə verilib və onlayn oyun buraxılıb. “DeNA” əksər İT şirkətləri, o cümlədən “Microsoft”, və “Nvidia” ilə əməkdaşlıq edir, - “ROSBALT” yazır.
Diaspora