Yaşayış yeri haqqında arayışın elektronlaşdırılması vətəndaşların işini asanlaşdırıb.
“Elektron hökumət” portalı üzərindən göstərilən “Yaşayış yeri haqqında arayış” elektron xidmətindən iyul ayı ərzində 2316 dəfə istifadə olunub.
Elektron arayışları elektron şəkildə istənilən təşkilata göndərmək və ya çap edərək aidiyyəti quruma təqdim etmək mümkündür.
Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod və ştrix-kod ilə təsdiq edilir, eyni zamanda, e-arayışın mövcudluğu portal vasitəsi ilə yoxlanıla da bilər.