Cənubi Koreyanın “LG Electronics” şirkəti “OLED” televizorların çeşidini genişləndirərək çox nazik modellər təqdim edib. Yeni 55 düym ekran ölçüsünə malik "OLED TV” modellərinin qalınlığı 4,8 mm təşkil edir ki, bu da qalınlığı 6-7 millimetrə bərabər olan smartfonlardan nazikdir.
Hazırda ən nazik televizor istehsalçıları arasında liderlik uğrunda mübarizəyə "Sony” şirkəti də qoşulub. Belə ki, bu yaxınlarda Yaponiya istehsalçısı “Bravia” TV xəttinə qalınlığı 4,9 mm olan "Ultra HD” (4K) formatlı iki model əlavə edib.Maraqlıdır ki, bu dəfə "Samsung Electronics” şirkəti kənarda qalmağa üstünlük verib. Bu Cənubi Koreya istehsalçısı kvant pikselli texnologiyanı (Quantum Dot, QD) tətbiq etməklə yaratdığı yüksək dəqiqlikli "SUHD” ekranlar 6-9 mm qalınlığa malik olmaqla "LG Electronics” və “Sony” modellərindən geri qalır.
“DisplaySearch” şirkətinin analitikləri bu yanaşmanı ağlabatan hesab edərək qeyd edirlər ki, istehlakçılar üçün televizorun qalınlığı həlledici üstünlük deyil. Ekspertlərin fikrincə, alıcılar yalnız ultranazik qalınlığa görə əlavə pul xərcləməyəcəklər, çünki televizor portativ qurğulara aid deyil, - "DailyComm” yazır