Mənfi 30 dərəcə soyuğu hiss etməyən hərbçilərin sirri - Hitlerin “super əsgər" layihəsi haqqında ilginc FAKTLAR

Mənfi 30 dərəcə soyuğu hiss etməyən hərbçilərin sirri - Hitlerin “super əsgər" layihəsi haqqında ilginc  FAKTLAR backend

Tarixən nasistlər hərbi cəhətdən daha da güclü olmaq üçün müxtəlif yollara əl atıblar. Onlar bu yolda heç bir sərhəd tanımayıblar.

 

Belə ki, 1937-ci ildə Berlində yerləşən “Timmler” adlı dərman şirkəti “pervitin” kimi adlandırılan dərmanı patentləşdirir. Pervitin o dövrlərdə depressiya, şizofreniyanın müalicəsində geniş istifadə edilirdi.

 

Dərman əsgərlərin düşmənlə daha uzun müddət mübarizə aparmasına, ağrı hiss etməməsinə və 36 saata qədər oyaq qalmasına imkan verirdi. Bədənə metamfetamin verən bu dərman yüksək dərəcədə asılılıq yaradır, insanda qısa müddət üçün özgüvən formalaşdırırdı.

 

 

İlk dəfə Polşa ilə mübarizədə sınaq məqsədləri üçün istifadə edilən pervitin yorğunluqdan əldən düşmüş əsgərləri belə 1 saat ərzində “gücləndirirdi”. Lakin təbii ki, bu dərmanı istifadə edənin axırı ölüm idi.

 

Alman ordusunun qeydlərinə baxdıqda məlum olur ki, 1939-1945 -ci illər arasında 200 milyon pervitin həbi paylanılıb.

 

Pervitin yalnız əsgərlər üçün istehsal olunsa da, insanlar arasında geniş yayılmış və bol satılan bir dərman idi.

 

 

Dərman 1939-cu ilə qədər reseptsiz alına bilirdi. 1941-ci ildə Hitler Almaniyası dərmanın dövlət nəzarətində istehsalını nəzərdə tutan qanun qəbul etməsinə baxmayaraq istehsal miqdarı bir sonrakı ildə 1.5 milyon artıb. Hətta pervitin “volksdroge” , yəni, xalqın dərmanı adını da alıb.

 

Dərmanın istifadəsi 1941-ci ildə qadağan olunsa da, cəbhədə olan əsgərlər bu dərmana aludə oldular və bunun artıq narkotik vasitə kimi satışı həyata keçirildi.

 

 

Tarixi sənədlərdə də qeyd olunur ki, nasistlərə qoyulan “zombi əsgər” ləqəbi pervitin həbinin təsiri ilə ortaya çıxıb. 1942-ci ilin yanvarında bu dərmanı qəbul edən nasist əsgərləri sovet ordusu tərəfindən mühasirəyə alınanda mənfi 30 dərəcə soyuq var idi və heç bir nasist əsgəri bu soyuq havanı hiss etmirdi.

 

1960-cı ilin sonuna qədər Şərqi və Qərbi Almaniya orduları pervitindən istifadəyə davam edib. Qərbi Almaniya 1970-ci ildə, Şərqi Almaniya isə 1988-ci ildə pervitinin istifadəsini tam olaraq dayandıra bilib.(musavat.com)

 

Diaspora