ABŞ Dövlət Departamenti Ağ Evdən yoxa çıxan 5800 dollarlıq viski şüşəsini axtarır.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yer alıb.
Yoxa çıxan Yaponiya markalı viski şüşəsi 2019-cu ildə ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeoya hədiyyə edilib. Hədiyyənin dəyəri 390 dollardan çox olduğu üçün Pompeo vəzifəsini tərk edərkən özü ilə apara bilməyib və viski şüşəsi Ağ Evin əmlakına çevrilib.