İsrail firması “NSO Group”un cinayətkarları və terrorçuları izləmək üçün kəşfiyyat qurumları tərəfindən istifadə olunan proqram təminatı dünyada aktivistlərə, jurnalistlərə və müxalifət xadimlərinə qarşı tətbiq edilir.
Axar.az xəbər verir ki, bu məlumat “Vaşinqton Post” da daxil olmaqla, bir sıra beynəlxalq media qurumunun apardığı araşdırmadan sonra üzə çıxıb.
"Forbidden Stories" və "Amnesty International"ın birgə məlumatına görə, sözügedən şirkət 50 mindən çox telefon nömrəsindən ibarət siyahıya giriş əldə edib.
Rəqəmlər siyahısına telefon sahiblərinin adları daxil edilməyib, lakin jurnalistlər siyahıda 50-dən çox ölkədən mindən çox insanın kimliyini müəyyənləşdirməyi bacarıblar:
"Bunlara ərəb kral ailələrinin üzvləri, 65 iş adamı, 85 insan haqları müdafiəçisi, 189 jurnalist və nazir, diplomat və hərbçilər də daxil olmaqla 600-dən çox siyasətçi və məmur daxildir. Siyahıda CNN, "Assoşeyted Press" və "Blumberq", “Voll Street Journal", “Nyu York Tayms" və "Le Monde" qəzetlərinin və bir sıra digər nəşrlərin telefon nömrələri də var".