Co Baydenin unutqanlığı yenə onu gülüş hədəfinə çevirib - VİDEO

Co Baydenin unutqanlığı yenə onu gülüş hədəfinə çevirib - VİDEO backend

ABŞ Prezidenti Co Baydenin unutqanlığı yenə onu gülüş hədəfinə çevirib. Bu dəfə o, ölkənin səhiyyə və insan xidmətləri naziri Xavyer Besseranın adını xatırlaya bilməyib.

Bununla bağlı “Insider Pape” kadrlar yayımlayıb.

Videoda ABŞ liderinin şöbə müdirini öz adı ilə - Xavyer çağırdığı, ancaq sonradan tərəddüd edərək ona “cənab katib” deyə müraciət etdiyi görünür.

Unutqanlığı ilə ad çıxaran dövlət başçısının son halı da sosial şəbəkələrdə geniş müzakirə olunub, onu gülüş hədəfinə çevirib.

Diaspora