Rusiyalı qadın otuz ildən sonra azərbaycanlı atasını tapdı - VİDEO

Rusiyalı qadın otuz ildən sonra azərbaycanlı atasını tapdı - VİDEO backend

Yekaterina Məmmədova adlı rusiyalı qadın 30 ildən sonra azərbaycanlı atası Şakir Məmmədovu axtarıb tapıb.

Qazilər.az Milli.Az-a istinadla xəbər verir ki, bu duyğusal dəqiqələr Rusiya telekanalının "Жди меня" sosial telelayihəsində yaşanıb. 

4 ay əvvəl atasını axtaran Yekaterina verilişə müraciət edib. Aylarla çəkən axtarışların nəticəsində nəhayət qadının atası proqramın heyəti tərəfindən Qazaxstanda tapılıb. 

Qızı ilə görüşmək üçün Rusiyaya gələn Şakir Məmmədov nəhayət, 30 ildən sonra Yekaterina ilə studiyada görüşə bilib. Görüş zamanı Yekaterina ilə atası göz yaşlarını saxlaya bilməyiblər. Bu anlara şahidlik edən tamaşaçılar duyğu dolu anlar yaşayıblar.

ha ətraflı videodan izləyə bilərsiniz:

Diaspora