16 il Almaniya kimi dünyanən ən inkişaf edən ölkələrindən birini idarə edən Angela Merkelin siyasətdən kənar həyatı hamını təəccübləndirir.
“Ölkə.Az” Angela Merkelin siyasətdənkənar həyatı barədə bəzi bilgiləri oxucularına çatdırır.
O, 16 il hakimiyyətdə olmasına baxmayaraq, hələ də 5 mərtəbəli evin 4-cü mərtəbəsində lüks şərati olmayan adi bir mənzildə yaşayır. Onun evi Berlində iş yerindən heç də uzaqda olamayan bir məsafədə yerləşir. Onun mənzili sözügedən şəhərin Şpre çayının sahilində Am Kupferqraben küçəsi 6-da, 5 mərtəbəli evin 4-cü mərtəbəsində yerləşir. Evin qarşısından daimi tramvay keçir. Bu onun şəxsi evidir və kansler olmazdan öncə əldə edib. Merkelin evinin qarşısında polis növbətçisi dayansa da, orada hər hansı baryer yoxdur və gediş-gəliş zamanı küçə hərəkətə qapanmır. Merkelin yaşadığı evin girişində isə qapıdan ərinin adı olan professor Yoxim Zauer yazılıb.
Düzdür, onun yaşadığı binanın divarını "Google Street View"lə rəngləmək təklif edilsə də, bunu qəbul etməyib.
“Nə üçün? Hamı bilir ki, mən burada yaşayıram”, - o qeyd edib.
Merkelin yaşadığı binada restoranlar, suvenir dükanları və supermarketlər fəaliyyət göstərir.
Alman jurnalist və blogerlər Merkelin digər yerdə daşınmaz əmlakı yaxud evinin, villasının olmasını axtarıblar və bu axtarışların hamısı nəticəsiz qalıb. Baxmayaraq ki, Merkelin aylıq maaşı 300 min avro təşkil edib və onun digər mənzil almağa imkanı çatıb, amma bunu etməyib. Onun sadəcə Berlindən təqribən 100 km məsafədə Xoenvald kəndində bağ evi var. Merkel bura adətən əri ilə istirahət günləri gəlir. Bağ evinin ətrafı da hasarlanmayıb və heç mühafizəçi də yoxdur. Çox sadə bir evdir. Evin yaxınlığında kafe və maqazin yoxdur. Əksinə isə burada istirahət etmək, meşədə gəzmək, göldə çimmək üçün çox gözəl təbiət mənzərəsi var.
Merkel qonaq qəbul etməyi sevir və qonaqlarını adətən bostanında bitən məhsullardan hazırladığı yeməklərə qonaq edir. O daha çox alma piroqu və kartof supunu yeməyini hazırlamağı sevir. Hətta yaxşı yeməklər bişirdiyi üçün telekanallara dəvət alıb və orada bişirdiyi yeməkləri necə hazırladığı barədə bilgi verib.
Ərzaq almağa belə Merkel özü gedir. Mühafizəçilər isə ondan uzaqda dayanırlar. O, marketlərdən digər adi almanlar kimi bazarlıq etdiyi anlar dəfələrlə kameraya düşüb.
Merkel gənclik illərində siqaret çəksə də, sonradan bunu da tərgidib.
Merkel daha çox nanəli çay içməyi sevir. Əl çantasında isə ona zəruri olan mobil telefon, bloknot, eynək, göz karandaşı və pudra gəzdirir.
İstirahətə gəldikdə isə Merkel və ailəsi Cənub Tiroledəki dağlarda gecəsi 200 avro olan hoteldə qalırlar. Merkel istirahətə gedərkən daha çox özü ilə tarixi kitablar götürür. Paparazilər onun yaşadığı hotelin balkonunda belə, kitablar oxuduğu yerdə yetərincə fotosunu çəkiblər və buna şahidlik ediblər.
Merkel daha çox piyada gəzməyi sevir və o başında kepka, əynində damalı köynək, kürəyində bel çantası ilə gəzir.
Merkel də alman qadınlar kimi hamıya əlçatan "Volkswagen Golf" avtomobilindən istifadə edib. Məhz onun bu sadə həyatına görə almanlar Merkeli Mutti (mamoçka) adlandırırlar.
Almanlar onda liderə xas olan keyfiyyətləri görmədiklərini bəyan etsələr də, ancaq onun istənilən situasiyadan çıxmaq qabliyyətinə görə sevirlər.
Siyasi texnoloqlar Merkelin əldə etdiyi uğurlara görə çox “baş sındırıblar”, ancaq sonda belə qənaətə gəliblər ki, onun əsas üstünlüyü gözə çarpmayan xarici görünüşü və xarizmanın çatışmazlığıdır. Bundan əlavə, Merkel heç vaxt bahalı zinət əşyaları daşımır və onları sevmir. Ətirdən istifadə etmir. O daha çox müxtəlif rənglərdə olan ciddi kostyum geyimləri seçir.
Merkel iki dəfə ailə qursa da, övladı olmayıb.
Şəxsi həyatı barədə danışmağı sevmir. Sadəcə o bəllidir ki, Merkel tələbə illərində evlənib və bu evlilik 5 il davam edib. İkinci dəfə isə 80-ci illərdə Demokratik Almaniya Respublikasının Elmlər Akademiyasında tanış olduğu Yoxim Zauerlə ailə qurub. Zauer dünya səviyyəli tədqiqatçı olduğundan onun xidməti heç də Merkeldən az deyil. Onlar üçün ailə hər şey deməkdir. Yoxim bacardıqca kölgədə qalmağı sevir və ona görə də Merkellə rəsmi səfərlərdə və ziyafətlərə getmir. Sadəcə olaraq mədəniyyyət tədbrilərinə qatılır.
Sentyabrın 26-da Almaniyada seçkilər olacaq və yeni kansler seçiləcək. Merkel isə bu seçkilərdə nəinki iştirak etməyəcək, ümumiyyətlə, siyasətdən gedəcək.
Merkel hakimiyyətdə olduğu müddətdə adı digər siaysətçilərdən fərqli olaraq qalmaqallarda hallanmadı və özünün ciddi həyat tərzini qoruyub saxlaya bildi.