AVRO-2020-nin 1/8 finalı çərçivəsində İngiltərə-Almaniya matçı zamanı komandasının məğlubiyyətinə görə ağlayan almaniyalı azarkeşə dəstək kampaniyası keçirilib.
Rusiya mətbuatının məlumatına görə, kampaniyanı Coel Haqs sosial şəbəkə istifadəçisi başladıb.
Onun sözlərinə görə, kampaniya britaniyalıların heç də hamısının pis insan olmadığını göstərmək məqsədi daşıyıb. Əvvəlcə qarşıya 500 avro hədəfi qoyulsa da, qısa müddətdə 32 min avrodan çox vəsait toplanıb.
Xatırladaq ki, iyunun 29-da keçirilən matç İngiltərənin Almaniya üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb.Almaniya millisinin məğlubiyyətinə görə ağlayan qızın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra, britaniyalı istifadəçilər onun ünvanına sərt tənqidlər yağdırıb, ölkəsinin nasist keçmişini xatırladıblar. (oxu.az)