Məşhur messencerlərdən olan "WhatsApp"da istifadəçilərin göndərəcəyi videoçarxların keyfiyyətini seçməyə imkan verəcək yeni funksiya işə salınacaq.
Publika.az xəbər verir ki, bu barədə "Wabetainfo" məlumat yayıb.
Yeni funksiya “Android” əməliyyat sistemli smartfonların vatsapında mümkün olacaq. İstifadəçi videonu göndərərkən üç variant seçə biləcək: "Avto" (tövsiyyə edilir), "Ən yüksək keyfiyyət" və "Məlumatların qənaəti".
Yeni funksiyanın bütün istifadəçilərə məhz nə vaxt əlçatan olacağı açıqlanmır. Daha əvvəl bildirilib ki, vatsap messencerinin “Android" mobil telefon smartfonları istehsalçıları istifadəçilərin yalnız bir dəfə görə biləcəyi multimedia sənədlərini göndərməyə imkan verən yeni funksiyanı da işə salacaq. Multimedia faylları yalnız bir görüntüdən sonra yox olacaq.