Amerikanın "Baffalo Bills" komandasının oyunçusu Koul Bizli Covid-19 əleyhinə olan vaksindən imtina edib.
Qaziler.az bildirir ki, idmançı bu barədə öz tvitter hesabında paylaşım edib.
32 yaşlı futbolçu bildirib ki, Milli futbol liqasında peyvənd olunmayan oyunçuların məhdudlaşdırılmasına baxmayaraq vaksin vurdurmaq niyyətində deyil. Təhlükəsizlik protokollarında peyvənd olunmayan oyunçuların maska taxması və oteldə yaşaması tələb olunur. Bizli risk etməklə koronavirusa yoluxmağa hazır olduğunu vurğulayıb.
"Mən ən yaxşısı elə bu Covid-19-dan ölüm və həyatdan gedim. Ailəmin bir neçə üzvünün ömrünə az qalıb. Mənimçün vacib olan odur ki, bu protokollara məhəl qoymadan onların yanında olum. Artıq pul xatirinə oynamıram" - deyə futbolçu qeyd edib.