Alman alimləri: “Balıq zəhəri” xərçəng əleyhinə mübarizəyə kömək edəcək

Alman alimləri: “Balıq zəhəri” xərçəng əleyhinə mübarizəyə kömək edəcək backend

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Almaniyanın Frayburq Universitetinin alimlərinin fikrincə, qızılbalıqların bəzi növlərində təsadüf edilən balıq zəhəri xərçəng şişləri əleyhinə preparatların hazırlanmasında kömək edə bilər

Tədqiqatçılar müəyyən ediblər ki, balığı yoluxduran “Yersinia” bakteriyaları tibdə onkologiyanın müalicəsi üçün istifadə oluna bilər. Balıq embrionlarına “Afp18” zəhərinin müəyyən dozası yeridiləndə embrionların inkişafına təkan verən “RhoA” zülalının sıxılması baş verir. Nəticədə hüceyrələrin bölünməsi, habelə embrionun artması və inkişafı prosesi dayanır.

Alimlər balıqla eksperiment zamanı bu qənaətə gəliblər ki, xərçəng hüceyrələrin inkişafını analojı üsulla dayandıraraq onların bölünməsinin qarşısını almaq olar. Tədqiqatçılar hesab edirlər ki, bu üsul xərçəngin metastaz formalarının müalicəsində xüsusilə səmərəli ola bilər, çünki metastazlar sürətlə böyüyür və bütün orqanizmə yayılır, onların inkişafını dayandırmaq isə xəstənin ömrünü əhəmiyyətli dərəcədə uzatmaq deməkdir.
Diaspora