ABŞ-ın Yel Universitetinin alimləri hesab edirlər ki, yadplanetlilər yerin altında yaşayırlar.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, alimlər əmindirlər ki, gəlmələr torpağın 19 kilometr dərinliyində ekstremal temperatur və yüksək təzyiq şəraitində yaşayırlar.Son zamanlar alimlər təkcə kosmosda deyil, həmçinin yerin altında başqa həyat mənbələri axtarırlar.
Araşdırmaçıların fikrincə, yeraltı mühit kənar həyatın mövcudluğu üçün olduqca əlverişlidir. Belə ki, orqanizmi öldürücü kosmik radiasiyadan və torpaq səthindəki yüksək temperaturdan qoruyur.