Qaziler.az saytı xəbər verir ki, müxtəlif açıqlamalara görə, bizim kainatda 200 milyarddan trilyona qədər ulduz var. Amma onların hamısını gözlə görmək mümkün deyil.
İki min il bundan qabaq qədim yunan astronomu Gipparx məlum ulduzlar içərisində ən qədim olanların kataloqunu tərtib edib. İş zamanı o, bütün ulduzları öz parlaqlıqlarına görə altı kateqoriyaya bölüb və onları böyüklüklərinə görə adlandırıb. 6 – cı böyüklükdə olan ulduzlar ən zəif parlaqlığa malik olublar.Şimal və cənub yarımkürələrində gözlə görünə bilən 5 minə qədər ulduz var. Ancaq bir insan bunu bir vaxtda görə bilməz. Onun üçün üfüqdə hər anda bu sayın yalnız yarısı görünə bilər. Bununla belə o, 2,5 min ulduzu deyil, təxminən 1,5 -2 min ulduz görə bilər. Çünki üfüqə yaxınlaşdıqca atmosferin parlaqlığı azalır.