Bilirsinizmi düymə nə vaxt yaranıb?

Bilirsinizmi düymə nə vaxt yaranıb? backend

Paltarlarda düymə nə vaxt yaranıb? Əlbəttə lap çoxdan. Onun yaranma tarixi bizim eradan üç min il əvvələ gedib çıxır. Skif qəbirlərində çoxlu düymələrlə bəzədilmiş paltarlar tapılıb. Qədim yunan döyüşçüləri kəmərlərini bərkitmək üçün düymələrdən istifadə etmişlər. Qədim Roma patrislərinin də paltarlarında düymədən istifadə olunub.

Arxeoloqlar disk və oval, üçbucaqlı və kvadrat, piramida və konus formasında düymələrə hər yerdə rast gəliblər.

Lakin düymə antik kostyumların əsas atributu olmayıb. O, layiqli qiymətini ancaq orta əsrlərdə ala bilib. Həmin dövrlərdən başlayaraq bədənin ölçülərinə uyğun paltarların tikilməsi imkanı əldə edildikdən sonra bu baş verdi.
Diaspora