Hollandiyanın Kaag adasında inşa edilən lüks yaxta ölkənin ən dar kanalından keçib.
Qazilər.az xəbər verir ki, inşası ötən həftə başa çatan və 94 metr uzunluğunda olan yaxta köməkçi gəmilərlə Rotterdam şəhərinə aparılıb.
Bölgədə yaşayan insanların təəccüblü baxışları arasından keçən lüks yaxtanın transferi böyük marağa səbəb olub.
Səlahiyyətlilər hazırlanan bütün yaxta və gəmilərin bu marşrut yoldan keçərək üzdüklərini və hər il 4-6 lüks yaxtanın bu yolla transfer edildiyini bildiriblər.
Firuzə Alimova