Dünyada suyun tükənə biləcəyi fikri narahatlıq doğurur. Alimlərin fikrincə, bu baş verə bilər. Lakin üç milyard ildən sonra. Suyun dövriyyəsi Yerdə daimidir: o, dənizlərdən günəş şüasının təsiri ilə buxarlanır, atmosferə qalxır, yağış halında çaya tökülür, oradan da dənizə axır.
Nə qədər ki, Günəş böyük nəhəngə çevrilib yuxarı hissədən Yeri bərk közərdərək havasız səhraya çevirməsə bu proses milyard il davam edə bilər. Günəşin parlaqlığı hər milyard ildən bir 10% artır. Ona görə də bütün okeanlar üç milyard ildən sonra buxarlana bilər.