Bitki çayları bir çox xəstəliyin dərmanıdır

Bitki çayları bir çox xəstəliyin dərmanıdır backend

İtburnu tərkibindəki vitamin zənginliyi səbəbindən gözlərin dostudur. Bədənə dirilik verər. 100 qram itburnunda bir yeşik portağala bərabər C vitamini var. Yaxşı bir qan təmizləyicisi, qurd təmizləyici və bağırsaq yumşaldıcısıdır. Mədə və həzm sistemi çətinliklərinə qarşı faydalıdır. Revmatizm ağrılarını aradan qaldırır.

Cökə çiçəyindən sakitləşdirici, sidikqovucu, sinə yumşaldıcı və bəlğəm gətirici olaraq çay kimi istifadə olunur. Cökə çiçəyi vannasının da sakitləşdirici xüsusiyyəti var. Balla qarışdırılıb içildikdə mədə xorasına faydalıdır. Qan dövranını da nizamlayır.


Səhləb öskürək və bronxitə xeyirlidir. Aybaşı qanamalarının nizamlı olmasını təmin edər. Zehni gücləndirir.



Böyürtkən tikanlı və kol formasında olan bir bitkidir. Əkilməmiş yerlərdə, yol və xəndək kənarlarında çox rast gəlinir. Yarpaqları çiçək açmadan toplanılır, kölgədə qurudulur. Yüngül qəbiz edici xüsusiyyəti olmaqla bərabər, diş ətləri, badamcıq, boğaz iltihablarında və ishalda istifadə olunur.

Adaçayı mədə və bağırsaq qazlarını aradan qaldırır, ürək bulanmasını kəsir. Həzm sisteminin nizamlı işini təmin edər. Boğaz, badamcıq və diş əti iltihablarını aradan qaldırır. Sinəni yumşaldır. Sidikqovucudur. Suya qatıb yuyunsanız bədəninizə gümrahlıq verər. Gündə 3 qəhvə fincanından çox içilməməlidir.

Melissa - yarpaqları sakitləşdirici, qaz çökdürücü, tərlədici və antiseptik təsirlərə malikdir. Narahatlıq və sıxıntıları aradan qaldırır. Yaddaş zəifliyinə xeyirlidir. Baş gicəllənməsi və qulaq zingildəməsi kimi şikayətləri kəsir. Həzmsizlik, baş ağrısı və miqrenə də faydalıdır. Daha çox çay kimi istifadə edilir.

Dağçayı qaz sökdürücü, iştaha açan və mədə ağrılarını kəsəni xüsusiyyətlərə sahibdir.


Nanə yarpaqları çay şəklində sakitləşdirici, qaz sökdürücü, ürək bulanmanı aradan
qaldırıcı vasitə olaraq istifadə olunur. Bundan əlavə müxtəlif dərmanların tərkibində istifadə edildiyi qədər, yarpaqları da çiy və ya qurudulmuş olaraq yeməklərə qatılır.


Çobanyastığı çiçəyi hələ tam açmadan toplanaraq kölgədə qurudulur. Çay şəklində səhərlər ac qarına bir stəkan içilə bilər. Sidik çoxaldıcı, iştaha açan, sakitləşdirici təsirlərə malikdir. Ağrı kəsici, müalicəvi təsiri var.
Diaspora