Böyük Britaniya İntellektual Mülkiyyət İdarəsi piratlığa görə maksimal həbs cəzasının 2 ildən 10 ilədək artırılması ilə bağlı təklif irəli sürüb.
Bildirilir ki, qanun sadə istehlakçılara qarşı deyil, qanunsuz kontent istehsalçılarına qarşı yönələcək. İntellektual mülkiyyət məsələləri üzrə nazir Lyusi Nevill-Rolfun sözlərinə görə, dövlət piratlığın biznesə və ümumilikdə iqtisadiyyata ziyan vurmasına görə ondan ciddi narahatdır. Həbs müddətinin artırılması təklifinin müəllifləri həmçinin əmindilər ki, hazırkı həbs cəzası yetirincə sərt deyil, piratlığın qarşısını almaq üçün cəza müddətini artırmaq lazımdır.
Britaniya hökumətinin təklifi qəbul edərək bəyənəcəyi gözlənilir, - “Qazeta” yazır.