Bu qidaları əsla acqarına yeməyin

Bu qidaları əsla acqarına yeməyin backend

Ac olduğunuz zaman məsum kimi görünən qidalar əslində orqanizminizə zərər verə bilər. Xüsusilə də ac olarkən əksəriyyətimiz tez yeyə biləcəyimiz qidalara əl atırıq.

Qazilər.az TurpKimi.com-a istinadla acqarına yeməyəcəyiniz qidaların siyahısını təqdim edir:

BANAN – səhər yemək yeməyə vaxt tapa bilməyən insanların bir çoxu banan yeməklə aclığını dəf etmək istəyir. Ancaq acqarına yeyilən banan qandakı maqneziumun miqdarını artırır. Bu isə ürəyə ziyandır.

TƏRƏVƏZ – çiy tərəvəzlər çox sağlam qidalardır və amin turşularla zəngindir. Tərəvəz acqarına yeyildikdə şişkinlik, qarın ağrısı və mədədə yanmaya səbəb olur.

SİTRUS MEYVƏLƏRİ – portağal, naringi kimi meyvələr amin turşularla zəngindir. Acqarına qəbul etdikdə isə qastrit və allergik reaksiyalara səbəb olur.

ƏDVİYYATLAR – yeməklərə xüsusi dad verən ədviyyatlar acqarına yeyildikdə mədənin selikli qişasına zərər verir. Bu isə mədədə bəzi ciddi problemlər yarada bilər.

QATIQ və SÜD MƏHSULLARI – təccüblənəcəksiniz, amma qatıq və süd məhsulları acqarına qəbul edildikdə faydalı bakteriyaları yox edir.

ARMUD – lif qaynağı yüksək olan meyvələrdən biridir. Yüksək lif tərkibi ilə sağlam qida olsa da, armud acqarına yeyildikdə liflər mədənin selikli qişasına zərər verir.

POMİDOR – tərkibində tannin turşusu var. Pomidoru acqarına yedikdə mədənin turşuluğunu artırır və qastritin yaranmasına şərait yaradır.

ŞİRNİYYAT – acqarına yeyildiyi zaman qandakı şəkərin miqdarını yüksəldir. Bu, bir müddətdən sonra şəkərli diabetə səbəb ola bilər.

SOYUQ TURŞ İÇKİLƏR – turş içkilər hər zaman mədə üçün faydasız içkilər sayılıb. Üstəlik acqarına qəbul etdikdə, zərərli təsiri daha da artır. Çünki bu zaman mədənin selikli qişasına zərər verir və mədəyə gedən qan axınını azaldır. Bu da həzm sistemini yavaşladır.
Diaspora