Uzun müddət qulaqlıq taxmanın riskləri açıqlandı

Uzun müddət qulaqlıq taxmanın riskləri açıqlandı backend

Qulaqlıqların uzun müddət istifadəsi göbələkli otitin (otomikoz) inkişafı və qulaq çirki tıxacının əmələ gəlməsi ilə nəticələnə bilər.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı ali dərəcəli otorinolarinqoloq, tibb elmləri namizədi Vladimir Zaytsev xəbərdarlıq edib.

Onun sözlərinə görə, ən böyük riski eşitmə cihazlarından istifadə edənlər və ya “zəng mərkəzi” işçiləri kimi saatlarla qulaqlıq istifadə edənlər daşıyır.

Bundan əlavə, uzun müddət yüksək səsli musiqi dinləmə eşitmə ilə bağlı problemlər yarada bilər.

“İctimai nəqliyyatda qulaqlıq istifadə etməmək daha yaxşıdır - orada çox səs-küylüdür. Bundansa işə gedərkən açıq havada istifadə etmək daha yaxşıdır. Müddət - gündə iki dəfə yarım saat və əlbəttə ki, maksimum səs səviyyəsində deyil, 50 faizdən çox olmamaqla. Beləliklə qulağımıza zərər vermərik”, - deyə Zaytsev bildirib.

Onun sözlərinə görə, qulaq çanağını tamamilə əhatə edən studiya qulaqlıqlarından istifadə etmək daha təhlükəsizdir. Bu cihazlar insanı ətrafdakı səslərdən təcrid edir və rahatlıqla dinləməyə imkan verir.

Qulaq kanalına daxil olan qulaqlıqlar daha təhlükəlidir, çünki daha dərin yerləşdirilməlidir. Bu səbəbdən qulaq çirki preslənir və qulaq pərdəsinə yapışır, bu da çirk tıxacını sıxlaşdırır. Əvvəlcə qulaq tıxanıqlığı hissi yarana bilər, daha sonra isə otit (orta qulaq iltihabı) inkişaf edəcək.

“Eyni zamanda qulaqlıq qulaq pərdəsində dayanır və daxili qulağa güclü şəkildə təsir edir. Bundan eşitmə hüceyrələri zədələnir və geri dönüşü olmadan məhv olur”, - deyə həkim vurğulayıb.

Oxu.az
Diaspora