Oyun xəmirləri xəstəlik saçır - Mütəxəssislərdən xəbərdarlıq

Oyun xəmirləri xəstəlik saçır - Mütəxəssislərdən xəbərdarlıq backend

Uşaqların tez-tez istifadə etdiyi rəngbərəng oyun xəmirləri təhlükə saçır. Tərkibindəki kimyəvi maddələr uşaqlarda astmadan allergiyaya kimi bir çox xəstəliyə yol açır.

Qazilər.az TurpKimi.com-a istinadla xəbər verir ki, bununla bağlı sosial mediada bəzi valideynlərin şikayət etdiyi, oyun xəmiri ilə oynayan uşaqların əlindən günlərlə boyanın çıxmadığı bildirilib. Bu kimi şikayətlərdən sonra bir çox mütəxəssislər məsələ ilə bağlı valideynləri məlumatlandıraraq xəbərdarlıq edib.

Uşaqlara rəngli oyun xəmirləri alarkən onun keyfiyyətli olmasına mütləq diqqət edin, bu, qızıl qaydadır. Çünki tərkibində müxtəlif kimyəvi maddələr var. Dəridə iz qalar, pis qoxu verər, dərini qıcıqlandırar, allergiyaya səbəb olar. Bir çox uşaqlarda ciddi şəkildə özünü biruzə verməz, bəzilərində də “allergiyadır” deyib keçəcəyini düşünürük, lakin təəssüflər olsun ki, keçib getmir. Hətta oyun xəmirlərindəki mənfi təsirlər uzun müddətdən sonra da üzə çıxa bilər. Tərkibindəki kimyəvi maddələr astma, allergiya və müxtəlif nevroloji problemlərə gətirib çıxarır. Çünki hər nə qədər keyfiyyətlisi olsa belə, oyun üçün hazırlanan xəmirlərin tərkibində kimyəvi maddələr var. İstehsalçı şirkət həmin maddələrin həddini keçməməli və hansı müddətə qədər saxlana və oynanıla bilməsi haqda məlumat yerləşdirməlidir. Valideynlər isə bu mövzuda xüsusilə də diqqətli olmalıdır.
Diaspora