Adi çay sodası bəzi sağlamlıq problemləri zamanı yaxşı terapevtik təsir edir.
Bu haqda Böyük Britaniyadan olan mütəxəssislər xəbər verir.Belə ki, soda pis ağız qoxusundan xilas edir. Bir çox hallarda bunun səbəbi ağız boşluğunda yaşayan bakteriyalardır.
Pis ağız qoxusundan azad olmaq üçün 1 stəkan suda 2 ç.q. soda əridin və bu su ilə 30 saniyə ərzində ağzınızı yaxalayın. Bunu hər gün edin. Əgər buna baxmayaraq pis ağız qoxusu keçmirsə səbəbini təyin etmək üçün həkimə müraciət edin.
Bundan əlavə soda ağız boşluğunda xoraları da müalicə edir.
Həmçinin soda dəri qaşınması zamanı da yaxşı yardım edir. Sodanı suda əridin, məhlulda əski isladın və qaşınan yerə qoyub saxlayın. Soda ilə vannalar da etmək olar.
Saglamolun.az