Koronavirusu ən çox yayanlar müəyyənləşib

Koronavirusu ən çox yayanlar müəyyənləşib backend

Alimlər COVID-19 xəstələrindən hansıların virusu çox yaydığını müəyyənləşdirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “MedicalXpress” məlumat verib.

Amerikalı mütəxəssislər 194 koronavirus xəstəsinin göstəricilərini, həmçinin COVID-19-a yoluxmuş primatların məlumatlarını araşdırıblar. Məlum olub ki, virus tərkibli aerozol hissəciklərinin miqdarı yaşdan, bədən kütlə indeksindən və xəstəliyin mərhələsindən asılı olaraq çox dəyişir.

Belə ki, virusu daha sürətlə yayanlar əksər hallarda artıq çəkidən əziyyət çəkən yaşlı xəstələr olub. Bu cür xəstələr tədqiq olunan digər qrupların nümayəndələrindən üç dəfə çox “yoluxucu” damcılar xaric edib. Alimlər virusa yoluxanların 18 faizinin virusun ötürülməsinin 80 faizindən məsul olduğu qənaətinə gəliblər.

Tədqiqatçılar həmçinin yoluxmanın dərəcəsi artdıqca aerozol damcılarının sayının artdığını, yoluxmadan bir həftə sonra pik səviyyəyə çatdığını və iki həftədən sonra normaya düşdüyünü qeyd ediblər. Eyni zamanda xəstəlik inkişaf etdikcə viral hissəciklər daha da kiçikləşib və yoluxmanın pik nöqtəsində bir mikron ölçüsünə çatıb, bu isə onları daha da təhlükəli edir.
Diaspora