Hər zaman həyat əhəmiyyətli hesab edilən duz, son 10 ildə insan üçün ən zərərli maddə elan edilib. Hətta haqqında qorxulu miflər də danışılmağa başlanıb.
Qazilər.az xəbər verir ki, TurpKimi.com insanlara qorxunc olaraq yeridilən bəzi mifləri təqdim edir:1 - Deyirlər ki, insan duzsuz yaşaya bilər!
Çox qəribədir, bu, savadlı və ziyalı insanlar arasında ən çox yayılmış şayiələrdən biridir. Xüsusilə də duzsuz yeməklər arıqlamağın və sağlamlığı qorumağın əsas vasitəsi kimi reklam edilir. İlk olaraq bir insanın duz olmadan sağ qala bilməyəcəyi barədə təkzibləri aydınlaşdırmağa başlayaq: duzdakı xlor ionu mədə suyunun vacib komponenti olan xlorid turşusu istehsalı üçü əsas maddədir və sodyum ionları da sinir sisteminin vacib hissəsidir.
Bədəndə duz çatışmazlığı zəifliyə, yorğunluğa və hətta sinir-əzələ xəstəliklərinə səbəb olur. Orqanizmdə duzun miqdarının sürətli şəkildə azalması gün vurma zamanı müşahidə edilir: yəni istidə insan tər vasitəsiylə duz itirir və onu bərpa etməsə zəifləyir, ürək bulanma, qızdırma və hətta qıcolmalara gətirib çıxarır. Ona görə də gün vurma zamanı ilk yardım olaraq adi su ilə yanaşı, az miqdarda duz əlavə edilmiş su da içmək lazımdır.
2 – Deyirlər ki, mağazalardakı xörək duzunda zərərli qatqılar var!
Bəzən yemək və ya tutma üçün istifadə etdiyiniz duzlarda təbii minerallardan ibarət həll olunmayan çöküntü görə bilərsiniz. Bu istənilən təbii duzun tərkibində ola bilər və bu barədə paketin arxasında göstərilir. Məsələn; “Araltuz” ASC-nin istehsal etdiyi “Slavyanoçka” duzunda orqanizm üçün tamamilə neytral olan epsomitlər və astraxanitlər var. Epsomitin sinonimi “Altay duzu” və ya maqnezium deməkdir. Əvvələr ondan bir çox xəstəliklərin, xüsusən də sinir xəstəliklərinin müalicəsində dərman kimi istifadə olunub. Bu maddə ürək-damar və sinir sisteminin işinə müsbət təsir edir, yuxunu və yaddaşı yaxşılaşdırır, diqqəti artırır, hüceyrələri toksinlərdən təmizləyir, əzələ gərginliyini aradan qaldırır, qida maddələrinin daha yaxşı sorulmasına kömək edir və orqanizmdə maqnezium çatışmazlığını aradan qaldırır.
3 - Deyirlər ki, ən yaxşı duz ağ və incə olandır!
Ən incə və eyni ölçüdə olan duz heç də təbii məhsul deyil. Əgər etiketində “Buxarlanmış süfrə duzu ekstraktı” yazılıbsa, deməli duz əvvəlcə çoxlu miqdarda suda həll edilmiş və daha sonra təzyiq altında buxarlandırılıb. Yaranan kristallar o qədər kiçik olur ki, dağılmağa və daşa çevrilməyə başlayır. Ona görə də həmin duza xüsusi maddələr əlavə olunur, məsələn sarı qan duzu – kalium ferrodianid (qida qatqısı E536).
Qeyd etmək lazımdır ki, kalium ferrodianid duzun rənginin daha da ağ olmasını təmin edir. Bu maddənin az da olsa, mənfi təsiri vardır, ona görə də qəbulunu məhdudlaşdırmaq məsləhətdir.
4 – Deyirlər ki, dəniz duzu qaya duzundan daha faydalıdır!
Qəbul edilir ki, dəniz duzu ilə adi xörək duzu fərqli maddələrdir. Üstəlik birincisi, ikincisindən daha faydalı və təbiidir. Çünki tərkibində dəmir, maqnezium kimi orqanizm üçün vacib maddələr var.
Lakin dəniz suyunu buxarlandırdıqda, 78 faizi sodyum xlorid olan doymuş məhlul əldə edərsiniz. Gündəlik dəmirə olan minimum ehtiyacı almaq üçün gərək bu məhluldan bir neçə qaşıq yeyəsiniz. Mağazadakı dəniz duzunda mineralın bu məhlul ilə müqayisədə onda biri var. Çünki kristalizasiya prosesi zamanı təmiz NaCl sərbəst buraxılır və bütün digər komponentlər məhlulda qalır. Onu da qeyd edək ki, dəniz duzunda yodun olması fikri də səhvdir.
5- Bəs dəniz duzu ilə qaya duzu arasındakı fərq nədir?
Dəniz duzu hardasa yığılıb qalmaz, onu xüsusi hovuzlarda suyu buxarlandıraraq əldə edirlər. Dəniz duzundakı fərqli rənglər hovuzdakı torpağın rəngiylə əlaqədardır. Qaya duzu isə təbiətin sudan təbii yolla üzə çıxardığı duzdur və insan onu sadəcə toplayır.
Duz alarkən hər zaman bağlamanın arxa hissəsini, hətta çox kiçik hərflərlə yazılmış yazıları belə oxuyun. Axtarın, görün istehsalçı duzun tərkibinə nələr qatıb: yodlaşdırılıbmı, elədirsə nə ilə yodlaşdırılıb, həmçinin tərkibinə xüsusi qatqılar qatılıbmı?
6 - Duz qidaya təkcə, dad vermək üçündür?
Kulinariyada duzdan istifadə çox vacibdir. Lakin xatırlasaq, görərik ki, duz ən güclü təbii qoruyucu və dezinfeksiyaedici vasitələrdən biridir. Tibbdə steril vasitə olan duzlu sudan orqanizmin zəhərli maddələrdən təmizlənməsində, dehidrasiyanı aradan qaldırmaq və bəzi dərmanların həll edilməsində istifadə edilir. Həkimlər irinli yaraların təmizlənməsində də duza müraciət edir. Gündəlik həyatımızda duzlu sudan boğazı yaxalamaq və soyuqdəymə zamanı burun yollarının açılması üçün istifadə edilir.
Son zamanlar astma xəstəliyinin müalicəsində geniş yayılmış müalicə vasitəsi kimi duz mağaralarından istifadə edilir. Duz mağaralarındakı hava allergiyası olanlar üçün faydalıdır və yüksək dərəcədə ionlaşır, tənəffüs sistemini təmizləyir. Çünki bronxların normal işləməsinə və orqanizmin tənəffüs funksiyalarını yaxşılaşmasına kömək edən natrium xloridlə zəngindir.
Duz tibbdən başqa sənayedə də var. Kimya sənayesi üçün vacib olan “böyük dördlüyə” daxil olan mineral məhsullardan biridir: kömür, əhəng daşı və kükürdlə birlikdə. Çıxarılan duzdan soda, xlor, xlorid turşusu, sodyum hidroksid, metal sodyum əldə edilir.
Dünyada istehsal olunan duzun yalnız 6% -i insanlar tərəfindən birbaşa istehlak olunur. Duzun ən böyük sənaye istehlakçısı plastik, kağız, sabun, yuyucu maddələr, böcək öldürücü maddələr və şüşə istehsalı üçün xlor, kostik soda və soda külü istehsal edən xlor-qələvi sənayesidir. Duz digər sahələrdə də - dəri sənayesi, yolları buzdan təmizləmək, neft quyularının qazılması, boya və tekstil istehsalında istifadə olunur.