İnsan orqanizmində koronavirusa qarşı təbii qoruma hormonu tapılıb

İnsan orqanizmində koronavirusa qarşı təbii qoruma hormonu tapılıb backend

“Ağciyərlərdə əmələ gələn melatonin hormonu koronavirusa qarşı maneə rolunu oynayır”.

“Melatonin Research” jurnalı xəbər verir ki, Braziliyanın San Paulo Universitetinin alimləri bu nəticəyə gəlib.

Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, melatonin giriş nöqtələrində - burun və ağciyər yollarındakı hüceyrələrdə zülalları kodlayan genləri virusun zədələməsinin qarşısını alır.

Beləliklə, hormon bu toxumaların yoluxmasının qarşısını alır və virusun immunitet reaksiyasını boğur, onu bir neçə gün tənəffüs yollarında saxlayır, sonra başqa bir daşıyıcı tapmaq üçün hərəkətə keçir.

Tədqiqat müəlliflərinə görə, onların kəşfi bəzi insanların koronavirusa yoluxmadığını anlamağa imkan verir.

Mütəxəssislər melatonin hormonunun burun damlaları və ya sprey şəklində koronavirusun inkişafının qarşısını almaq üçün istifadə edilə biləcəyinə əminliklərini vurğulayıblar.
Diaspora