İnfarktın gözlənilməyən ilkin əlaməti açıqlanıb

İnfarktın gözlənilməyən ilkin əlaməti açıqlanıb backend

Pasiyent üçün nəzərə çarpmayan ürək sancısı "sakit infarkt"ın - ürək tutmasının ilkin əlaməti ola bilər.

“Report” xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin mütəxəssisləri tərəfindən aparılmış tədqiqata istinadən “Express” nəşri yazıb.

Materialda qeyd edilir ki, sinə nahiyəsində tez-tez göynəmə hissi ürək tutmasından əvvəl yaranır. Döş qəfəsində güclü ağrı və sıxılma hissi infarktın əsas simptomu olaraq qalır. Bu halda çoxları təhlükə haqqında şübhələnmirlər, çünki bu simptomlar olmaya da bilər.

Buna görə də həkimlər ilk baxışda ürək göynəməsi kimi əhəmiyyətsiz görünən naxoşluq hallarına etinasızlıq göstərməməyi məsləhət görür və tibb işçilərinə müraciət etməyi tövsiyə edirlər.

Daha əvvəl məlum olub ki, qarın aortasında kalsiumun yığılması — miokard iflicinin və ya gələcək insultun həyəcanlı əlamətidir.

Kalsium qan damarlarında yığıla bilər, bu, qan dövranının qarşısını alır, son nəticədə infarkta səbəb ola bilər. Arterial kalsifikasiyaya səbəb olan amillər - sağlam olmayan pəhriz, oturaq həyat tərzi, siqaret çəkmə və genetikdir.
Diaspora