Koronavirusa qalib gəlmək üçün selikli qişa immuniteti yaradılmalıdır - AÇIQLAMA

Koronavirusa qalib gəlmək üçün selikli qişa immuniteti yaradılmalıdır - AÇIQLAMA backend

"Sinovac" effektivliyi məlum olan və geniş şəkildə tətbiq edilən ilk peyvənddir.

Hazırda bir sıra ölkələrin bu peyvəndə marağı olduqca yüksəkdir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O, sözügedən peyvəndin hazırlanma və ölkələrə çatdırılma üsulunun Avropa və Amerikada hazırlanmış gen texnologiyasına əsaslanan peyvəndlərdən daha asan və tez başa gəldiyini bildirib. Alimin sözlərinə görə, "Sinovac" inaktiv, yəni ölmüş viruslardan hazırlanır və bu da peyvənin daşınma və saxlanma şəraiti baxımından üstün cəhətdir.


Nuran Abdullayev xatırladıb ki, Türkiyə və Çində "Sinovac"ın effektivliyi barədə tədqiqatlar aparılıb və onun yan təsirləri barədə hələlik dəqiq elmi informasiya mövcud deyil.

Nuran Abdullayev bildirib ki, bu və digərləri birinci nəsil peyvəndlər hesab olunur və gələcəkdə yoluxmanın aradan qaldırılması üçün selikli qişa immuniteti yaradılmalıdır.

Qeyd edək ki, Türkiyə yeni növ koronavirus infeksiyasına qarşı peyvəndləmə aparmaq üçün Çində istehsal olunan "Sinovac" vaksinindən 50 milyon doza sifariş edib.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Diaspora