COVID-19 virusundan qorunmaq məqsədi ilə istifadə edilən əlcəklərin hazırlandığı material böyük əhəmiyyət daşıyır.
REN TV xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin ilkin tibbi yardım üzrə baş mütəxəssisi Andrey Tyajelnikov məlumat verib.Mütəxəssis qeyd edib ki, koronavirusun əldən keçmək ehtimalı çox olduğundan qoruyucu əlcəklərin üstündən isti qış əlcəyi geyinmək də məsləhətdir.
“Nəqliyyata yaxud qapalı məkana daxil olarkən qış əlcəyi çıxarılmalı və qoruyucu əlcəklərdə qalmaq lazımdır”.
Həkimin sözlərinə görə, yun və trikotajdan hazırlanan paltarlarla koronavirus və digər infeksiyalardan qorunmaq faizi çox aşağıdır.
Mütəxəssis əlavə edib ki, insanın əlcəyi yoxdursa, ancaq mağazaya getməsi lazım gəlirsə, marketlərdə istifadə olunan birdəfəlik sellofan əlcəklərdən istifadə etmək məsləhətdir.
Oxu.az