Ömrü uzatmağın daha bir yolu

Ömrü uzatmağın daha bir yolu backend

Yelisey və Harvard Universitetlərinin alimləri hesab edir ki, oxumaq insan ömrünü uzadır.

“Report”un məlumatına görə, bu barədə “Express” nəşri məlumat yayıb.

Mütəxəssislər bildirib ki, musiqi ifa etmək qan təzyiqini aşağı salmağa və beyin sağlamlığını yaxşılaşdırmağa kömək edir. Oxumaq həm də demans riskini (ağılın zəifləməsi, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi – Red) azaldır və depressiya təzahürləri ilə mübarizə aparır.

Araşdırmalara görə müğənnilər digər insanlara nisbətən daha yüksək zəka nümayiş etdirirlər. Çünki mahnı oxumaq beynin müxtəlif sahələrini oksigenlə qidalandırır və nəticədə insan daha aydın düşünür.

Bundan əlavə, musiqi oxuyan zaman bədəndə ümumi emosional fona təsir edən və insana sevinc bəxş edən endorfinlər əmələ gəlir.

Alimlər müğənninin səs qabiliyyətinin əhəmiyyətsiz olduğunu da vurğulayıblar.

Belə ki, qulaqda oxuma zamanı əmələ gələn tezliklərə reaksiya verən sakkulus adlı reseptor mövcuddur. Bu reseptor melodiya səsindən asılı olmayaraq insanda məmnunluq hissi yaradır.
Diaspora