Qara çörəyin orqanizm üçün təhlükəsi açıqlandı

Qara çörəyin orqanizm üçün təhlükəsi açıqlandı backend

Qara çörək bir çox mütəxəssislər tərəfindən ikinci növ diabet zamanı ağ çörəyin əvəzinə istifadə üçün tövsiyə olunur.

Bununla belə, “Report” “Express”ə istinadən xəbər verir ki, dietoloq Maykl Mosli bu məhsulu seçərkən ehtiyatla davranmağın lazım olduğunu bildirib.

Ekspert qeyd edib ki, bu çörəyin bəzi növləri qanda şəkərin artmasına səbəb olur.

Mütəxəssis iddia edir ki, mağazalarda satılan qara çörəyin bir çox növləri onun dadını yaxşılaşdıran və qanda şəkərin səviyyəsini yüksəltməyə qadir olan müxtəlif əlavələrdən ibarətdir.

Onun fikrincə, diabetdən əzab çəkən insanlara çörəkdən qida kimi istifadə etməmək daha faydalıdır. Ekspert bunun əvəzinə buğdadan - bulqurdan, çovdardan, arpadan, qarabaşaqdan, həmçinin paxladan istifadəni tövsiyə edir.
Diaspora