“Qapaqlı maskalar yalnız tibb işçiləri üçün peşə vəzifələrini yerinə yetirərkən nəzərdə tutulub”.
RİA Novosti xəbər verir ki, bunu Mərkəzi Epidemiololi Tədqiqat İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin aparıcı mütəxəssisi Mixail Lebedev bildirib.Lebedev əlavə edib ki, virusa yoluxmuş insanların bu maskalardan istifadəsi yolverilməzdir: “Qapaqlı maska taxmış yoluxmuş insan başqalarını da yoluxdurur. Çünki bu maskalar havanı alır, virus dolu nəfəsi xaric edir”.
Rusiyalı mütəxəssis qeyd edib ki, artıq bəzi Qərb şirkətləri virusun yayılmasının qarşısını almaq məqsədilə bu qəbildən olan maskaların sərnişinlər tərəfindən istifadəsinə icazə vermir.