“Pfizer” və “Biontech” əczaçılıq şirkətlərinin koronavirusa qarşı peyvəndi Böyük Britaniyada istifadə üçün təsdiq edilib.
Qazilər.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.“Bu gün hökumət dərman vasitələrinə və tibbi təyinatlı məhsullara nəzarət üzrə müstəqil agentliyin “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanan COVID-19 peyvəndinin təsdiqlənməsi barədə tövsiyəsini qəbul edib”, - bəyanatda deyilir.
“Röyter” agentliyinin yaydığı məlumatda bildirilib ki, gələn həftədən vaksin bütün İngiltərə ərazisində insanlara verilməyə başlanılacaq.
İlkin məlumatlara görə, peyvəndin qiyməti təxminən 15,5 avro olacaq.