Yuxular insanları potensial olaraq təhlükəyə hazırlamağa qadirdir.
“Report” xəbər verir ki, bu nəticəyə “Human Brain Mapping” jurnalında öz tədqiqatlarını dərc edən Cenevrə universitetinin alimləri gəlib.Alimlər sınaq üçün yoxlanılan 18 nəfərdən hər birinə 256 tənzimləyici bağlayıblar. Onlar bundan sonra insanları gecə ərzində bir neçə dəfə oyadaraq nəsə qorxunc yuxu görüb-görmədiklərini soruşublar. Nəticədə məlum olub ki, beyində yuxu zamanı qorxu hissi üçün iki hissə var.
Sınağın növbəti mərhələsinin gedişatında alimlər bir həftə ərzində tədqiqat iştirakçılarından öz yuxularını yazmağı xahiş ediblər. Məlum olub ki, kim ki, gecə qorxulu yuxular görüb, ayıq zamanı qorxulu anları sakit qarşılayır. Ekspertlər bu nəticəyə gəliblər ki, qorxulu yuxular insanları təhlükəli vəziyyətə hazırlamaq baxımından faydalıdır.